14 
Nybr
2025
14:16
221

İlham Əliyev: “Zəngəzur dəhlizinin açılması ölkələr arasında birbaşa və maneəsiz əlaqələri təmin edəcək”

Zəngəzur dəhlizinin açılması bölgə ölkələri arasında birbaşa və fasiləsiz nəqliyyat əlaqələrinin qurulmasında mühüm rol oynayacaq.

InterPress.ge xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, layihənin həyata keçirilməsi yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq və bunun nəticəsində regionun rəqabətqabiliyyətliliyi yüksələcək.

“Lakin bizim artan nəqliyyat şəbəkəmiz destruktiv qüvvələrin də hədəfinə çevrilir. Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılığı, kontrabanda, həmçinin kritik nəqliyyat infrastrukturunun idarəetmə sistemlərini iflic etməyi hədəfləyən kibertəhdidlərlə üz-üzədir”, – deyə İlham Əliyev vurğulayıb.

Bizimlə əlaqə saxlayın