01 
Okt
2025
20:14
675

Arvadını bıçaqlayaraq öldürən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları ailə üzvünə qarşı qəsdən adam öldürməkdə təqsirli bilinən 1951-ci il təvəllüdlü A.D.-ni saxlayıb.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Telavi bələdiyyəsində yaşayış evində məişət münaqişəsi zəminində arvadı, 1972-ci il təvəllüdlü T.M.-ni döş qəfəsindən soyuq silahla ölümcül yaralayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə istifadə olunan silah-bıçağı maddi sübut kimi götürüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsi, yəni ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ilə bağlı araşdırma aparılır.

Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər