22 
Fev
2020
17:10
882

Tehranın 13-cü rayonunun icra başçısında koronavirus aşkarlanıb

Tehranın 13-cü rayonunun icra başçısı Murtaza Rəhmanzadə koronavirusa yoluxub.

InterPress.ge-nin APA-ya istinadən məlumatına görə, o, ötən gecə koronavirus əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Analizlərinin nəticələri M. Rəhmanzadənin koronavirusa yoluxduğunu təsdiqləyib, analizlərin son nəticəsi yaxın saatlarda açıqlanacaq.

Digər tərəfdən Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi Rəfsəncani və şuranın digər üzvləri onunla təmasda olduğu üçün koronavirusa görə analiz veriblər.

Hadisə ilə əlaqədar Tehran Şəhər Şurasının iclasları təxirə salınıb.

Qeyd edək ki, İranda koronavirus sürətlə yayılmaqdadır. Ölkənin müxtəlif şəhərlərində insanlar infeksiyaya qarşı tədbirlər görür. Apteklrədə maska çatışmazlığı yaranıb. Bu gün Tehranda maska və infeksiyaya qarşı spirt paylanılacaq.

Bizimlə əlaqə saxlayın