Tbilisidə bir nəfər öldürülüb
Tbilisidə polis qəsdən adam öldürmə ittihamı ilə 1995-ci il təvəllüdlü G.V.-ni saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Cinayətə görə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaqla müəyyən olunub ki, G.V. şəxsi mübahisə zəminində 1992-ci il təvəllüdlü R.K.-ni soyuq silahla çoxsaylı bədən xəsarətləri yetirərək yaralayıb və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib.
Polis tərəfindən həyata keçirilən operativ-axtarış tədbirləri nəticəsində G.V. hadisədən bir neçə saat sonra saxlanılıb. Cinayətin aləti sübut kimi maddi delil qismində götürülüb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə – qəsdən adam öldürmə – üzrə aparılır.


