Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tbilisidə narkotik cinayətinə görə 3 nəfər saxlanılıb

778
Tbilisidə narkotik cinayətinə görə 3 nəfər saxlanılıb
Dinləmək üçün basın

Müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq-əməliyyat tədbirləri nəticəsində Tbilisi Polis İdarəsinin Didube-Çuqureti və Köhnə Tbilisi Baş Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə…

Müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq-əməliyyat tədbirləri nəticəsində Tbilisi Polis İdarəsinin Didube-Çuqureti və Köhnə Tbilisi Baş Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə bağlı cinayətlərdə ittiham olunaraq 3 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq, hazırlamaq, satmaq, satışa hazırlamaq və satmağa cəhd etmək ittihamı ilə 1983-cü il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı T.Ş., 1998-ci il təvəllüdlü A.K. və əvvəllər məhkum olunmuş, hazırda sınaq müddəti olan 1992-ci il təvəllüdlü G.S.  həbs edilib.

Qeyd olunun cinayətlər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təqsirləndirilən şəxslərin şəxsi axtarışı nəticəsində və istintaq eksperimenti zamanı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən onların göstərdikləri yerlərdən maddi sübut kimi satış məqsədilə yerləşdirilmiş "Metadon", "MDMA" narkotik vasitələri və psixotrop maddələr götürülüb. İstintaq  Gürcüstan Cinayət Məcəlləsinin 19-260”, maddələri ilə davam edir"- Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

9 ayda Gürcüstanda 46 mindən çox yol qəzası baş verib, 315 nəfər ölüb – qəzaların 10 əsas səbəbiSürücülər üçün dəyişiklik: Yeni qaydaMonteneqroda baş nazir və hökumət üzvlərinin vetinqdən keçirilməsini nəzərdə tutan konstitusiya dəyişiklikləri tənqid olunurMühafizəçiyə hücum edən şəxs polis tərəfindən saxlanılıbGürcüstanda avtomobil qeydiyyatdan çıxarıldıqdan sonra dövlət nömrə nişanı neçə gün saxlanılır?Son xəbərlərə bax →