22 
Apr
2025
12:49
167

Tbilisidə və regionlarda qanunsuz silah və döyüş sursatı aşkarlanıb – 18 nəfər saxlanılıb

Sonn günlərdə Tbilisidə və müxtəlif regionlarda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silahlar və döyüş sursatları aşkar edilərək götürülüb, ümumilikdə 18 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, saxlanılan şəxslərdən bəziləri əvvəllər məhkum olunmuş şəxslərdir və onlardan avtomatlar, tapançalar, revolverlər, ov tüfəngləri, əl qumbaraları, daraqlar, çoxsaylı güllələr, partlayıcı fitillər və detonatorlar aşkar edilib.

Bundan əlavə, polis tərəfindən narkotik vasitə – qurudulmuş marixuana və qeydiyyat qaydalarının pozulması ilə quraşdırılmış “lentvari mişar” da müsadirə olunub.

Aparılan istintaq çərçivəsində silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və daşınması, eləcə də narkotik vasitələrin dövriyyəsi və partlayıcı qurğularla bağlı cinayət əməlləri üzrə araşdırmalar davam etdirilir.

Cinayət işləri Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 273-cü prim və 287-ci prim maddələri ilə araşdırılır. Bu əməllərə görə, 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın