11 
Apr
2025
10:48
147

Külli miqdarda narkotik tərkibli bitkinin becərilməsinə görə 3 nəfər saxlanılıb

Xüsusilə böyük miqdarda narkotik tərkibli bitki olan “kannabis”in qanunsuz becərilməsi faktı ilə bağlı üç nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, saxlanılanların yaşayış evlərindən və xüsusi olaraq qurulmuş istixanalardan külli miqdarda “kannabis” bitkisi götürülüb. Qanun pozuntusu 12 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Kaxeti Polis Departamentinin İstintaq İdarəsi və Laqodexi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində aşağıdakı şəxslər saxlanılıb:

– 1995-ci il təvəllüdlü M.İ.,

– 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.Z.,

– 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş F.N.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 265-ci maddəsinin üçüncü hissəsi ilə aparılır.

Bizimlə əlaqə saxlayın