03 
Apr
2025
11:57
199

Tbilisidə baş vermiş atışma ilə bağlı iki nəfər saxlanılıb

Tbilisidə, Didube rayonunun Ağladze küçəsində gecə saatlarında baş verən dava və atışma ilə bağlı iki nəfər qrup halında zorakılıq ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, məlumata görə, 2002-ci il təvəllüdlü L.E. və elə həmin ildə doğulmuş L.A. barəsində Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prima bəndi üzrə istintaq aparılır.

İstintaqla müəyyən edilib ki, 2025-ci ilin 2 aprel tarixində gecə saatlarında Rafael Ağladze küçəsinin yaxınlığında L.A., L.E., 2001-ci il təvəllüdlü N.T. və 1993-cü il təvəllüdlü O.M. arasında mübahisə yaranıb. Sözlü mübahisə tezliklə fiziki qarşıdurmaya çevrilib.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində L.E. və L.A. saxlanılıb. N.T.-nin yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın