
Tbilisidə Rusiya vətəndaşı polis maşınına zərər yetirməkdə ittiham olunur
Tbilisi Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində başqasının əmlakına zərər vurmaqda ittiham olunan Rusiya Federasiyası vətəndaşı, 1995-ci il təvəllüdlü D.K.-nı saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, bu cinayət əməlinə görə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024-cü ilin 28 mart tarixində, Rustaveli prospektində keçirilən aksiya zamanı, üzünü xüsusi maska ilə gizlədərək, Daxili İşlər Nazirliyinin balansında olan avtomobili qəsdən zədələyib və hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları isti izlərlə keçirdikləri tədbirlər nəticəsində onun şəxsiyyətini müəyyənləşdirərək Tbilisidə saxlayıblar.
Faktla bağlı araşdırmalar Cinayət Məcəlləsinin 187 ci maddəsinin birinci bəndi ilə aparılır,” – deyə DİN-in açıqlamasında bildirilir.