31 
Mar
2025
11:23
174

DİN: Narkotik cinayətləri ilə bağlı daha 4 şəxs saxlanılıb

Tbilisi Polis İdarəsinin İstintaq Baş İdarəsi, Didube-Çuğureti və İsani-Samqori Baş Polis İdarələrinin əməkdaşları müxtəlif vaxtlarda keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətləri ilə bağlı dörd nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına cəhd ittihamı ilə saxlanılan şəxslər bunlardır:

• 1994-cü il təvəllüdlü S.V.,

• 2006-cı il təvəllüdlü D.Ş.,

• 2006-cı il təvəllüdlü A.K.

• və əvvəllər dəfələrlə məhkum olunmuş, 1979-cu il təvəllüdlü H.A.

Qeyd edilən cinayətlər 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Hüquq-mühafizə orqanları saxlanılan şəxslərin üzərinə, yaşayış evlərinə, yardımçı otaqlara və onların göstərdiyi digər ünvanlara baxış zamanı müxtəlif növ narkotik vasitələr – “heroin”, “marixuana”, “tramadol”, psixotrop maddələr və elektron tərəzi maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 261-ci, 273-cü, 273 prim və 19-273 prim maddələri ilə aparılır.

Bizimlə əlaqə saxlayın