17 
Mar
2025
12:06
323

Tbilisidə 21 yaşlı gəncin qətli ilə bağlı bir nəfər saxlanılıb

Tbilisidə baş verən qətl hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs Tbilisidə, bir barın yaxınlığında soyuq silahla 21 yaşlı gənci yaralayıb və hadisə yerindən qaçıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 2006-cı il təvəllüdlü L.G.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.

Cinayət əməlinə görə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidə, bir barın yaxınlığında 2004-cü il təvəllüdlü G.A.-ya soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ-axtarış tədbirləri nəticəsində L.G. hadisədən bir neçə saat sonra Tbilisidə saxlanılıb.

Qəsdən adam öldürmə faktı ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi üzrə aparılır,” – deyə rəsmi məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər