05 
Fev
2025
14:39
246

Prokurorluq Tbilisidə baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfərə ittiham irəli sürüb

Gürcüstanın Prokurorluğu Tbilisidə baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfərə ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Prokurorluğu yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, fevralın 1-də Tbilisidə,Tevdore Mxvdeli küçəsində yerləşən mənzildə, qarşılıqlı mübahisə zamanı təqsirləndirilən şəxs odlu silahdan atəş açaraq zərərçəkənə bədəninin müxtəlif hissələrində xəsarətlər yetirib. Nəticədə, zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

“Hüquq-mühafizə orqanları cinayəti törədən şəxsi fevralın 3-də saxlayıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) və 236-cı maddəsinin 3-cü və 4-cü bəndləri (odlu silahın qanunsuz alqı-satqısı, saxlanılması və daşınması) ilə ittiham irəli sürülüb. Bu, 10 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə nəticələnə bilər. Prokurorluq, təqsirləndirilən şəxsə qarşı həbs qərarı tətbiq edilməsi üçün məhkəməyə müraciət edib”, - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın