.jpeg)
Tbilisidə cinayət hadisəsi: 26 yaşlı oğlanı hündürlükdən atdılar, daha sonra isə...
Tbilisidə qət hadisəsi baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, şəxsi mübahisə zəminində, 2002-ci il təvəllüdlü L.T. 1998-ci il təvəllüdlü L.C.-yə küt alətlə çoxsaylı bədən xəsarətləri yetirərək, onu tikilməkdə olan binanın yuxarı mərtəbəsindən atıb. Daha sonra isə, cinayətin izlərini örtmək məqsədilə, cəsədə od vurub və hadisə yerindən qaçıb.
Polis Tbilisidə baş verən qətli “isti izlərlə” açıb və şübhəli şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları, “isti izlərlə” keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, 2002-ci il təvəllüdlü L.T.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıb.
Cinayət 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
"İstintaqın nəticələrinə görə, şübhəli şəxs, Tbilisidə, şəxsi mübahisə səbəbindən, 1998-ci il təvəllüdlü L.C.-yə küt alətlə çoxsaylı zədə vuraraq, onu tikilməkdə olan binanın yüksək mərtəbəsindən atıb. Sonra isə, izləri gizlətmək məqsədilə, cəsədə od vurub və hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları, “isti izlərlə” həyata keçirilən istintaq tədbirləri nəticəsində şübhəli şəxsi saxlayıblar.
Qəsdən adam öldürmə faktı üzrə istintaq, Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır."-məlumatfa bildirilib.