4 nəfəri qətlə yetirən xarici ölkə vətəndaşlarına qarşı ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğu iki xarici ölkə vətəndaşına qarşı qrup halında dörd nəfəri qəsdən öldürməkdə və qanunsuz olaraq odlu silah və döyüş sursatı almaqda və saxlamaqda ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Prokurorluğun məlumatına görə, aparılan istintaq zamanı müəyyən edilib ki, dekabrın 7-də təqsirləndirilən şəxslər Batumidə xarici ölkə vətəndaşlarının da olduğu yaşayış evlərindən birinə gedərək odlu silahdan çoxsaylı atəşlə 4 nəfəri yaralayıblar. Aldıqları xəsarətlər nəticəsində üç nəfər hadisə yerində, biri isə xəstəxanaya çatdırılana qədər ölüb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. Onlar Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i” və “l” bəndləri (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə, qrup halında iki və ya iki nəfərdən çox şəxsə qarşı törədilmə) və Cinayət Məcəlləsinin . 236-cı maddəsinin altıncı hissəsinin “a” bəndi ilə i (Odlu silah və döyüş sursatı qanunsuz əldə etmə, saxlama və gəzdirmə, qrup halında törədildikdə) ittiham olunublar. Cəzanın növü və ölçüsü 16 ildən 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutur.
"Prokurorluğun vəsatəti əsasında Batumi Şəhər Məhkəməsi təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib", - məlumatda deyilir.