28 
Nybr
2024
11:49
165

Prokurorluq 7 nəfərə bıçaqla xəsarətlər yetirən şəxslərə qarşı ittiham irəli sürüb

Muşevani kəndində iki nəfər 7 nəfərin sağlamlığına ağır zərər vurmaqda ittiham edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, istintaq müəyyən edib ki, noyabrın 24-də Bolnisi bələdiyyəsinin Muşevani kəndində təqsirləndirilən şəxslər qrup halında yeddi zərərçəkmişə bıçaqla ağır xəsarətlər yetiriblər. 

Polis təqsirləndirilən şəxsləri noyabrın 25-də  saxlanılıb. Cinayət 9 ildən 13 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, noyabrın 24-də Bolnisi bələdiyyəsinin Muşevani kəndində təqsirləndirilən şəxslər qrup halında 7 nəfər zərərçəkmişə bıçaqla sağlamlığa ağır xəsarətlər yetiriblər.

Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsləri noyabrın 25-də həbs ediblər. Bir şəxs Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsinin “l” bəndi, digəri isə 117-ci maddənin 3-cü hissəsinin “m” və “l” bəndləri ilə ( qrup halında iki və ya daha çox şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) ittiham olunur.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı artıq məhkəməyə müraciət edib”, - məlumatda deyilir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər