12 
Sen
2024
13:38
183

Dövlət sərhədini qanunsuz keçən 3 xarici ölkə vətəndaşı saxlanılıb

Sərhəd polisi əməkdaşları tərəfindən dövlət sərhədini qanunsuz keçən 3 xarici ölkə vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sərhəd Polisi məlumat yayıb. 

“Daxili İşlər Nazirliyinin sərhəd polisi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstanın dövlət sərhədini qanunsuz olaraq keçən 3 əcnəbi vətəndaş - 1992-ci il təvəllüdlü A.E., 1996-cı il təvəllüdlü A.K və 1993-cü il təvəllüdlü A.G. saxlanılıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər A.E və A.K Türkiyə Respublikasından Gürcüstan istiqamətində sərhəd-keçid məntəqəsindən yan keçərək, sərhəd Polisinin Batumi bölməsinin “Qorqadzeti” sərhəd sektorunda Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər. Bundan əlavə, A.G Türkiyə Respublikasından “Sərfi” sərhəd sektorunun əməliyyat bölməsində sərhəd nəzarəti məntəqəsindən yan keçməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsinin “A” yarımbəndi və 344-cü maddəsinin 1-ci hissəsi ilə aparılır. Cinayət 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - deyə məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın