
Polis bir nəfəri şəxsi həyatın toxunulmazlığını pozmaqda ittiham edərək həbs edib
Polis Tbilisidə bir nəfəri şəxsi həyatın toxunulmazlığını pozmaq, cinsi cinayətlər və hədə-qorxu ilə pul tələb etmək ittihamı ilə həbs edib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, cinayətlərə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“Tbilisi Polis İdarəsinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 2006-cı il təvəllüdlü R.X şəxsi həyat sirrini pozma, qabaqcadan bilə-bilə yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual hərəkətlər etmə, hədə-qorxu ilə tələb etmə ittihamı ilə hakimin qərarı əsasında həbs edilib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs azyaşlı A.S-dən sosial şəbəkə vasitəsilə ona şəxsi həyatını əks etdirən foto və videomateriallar göndərməsini istəyib, daha sonra onu şantaj edərək müxtəlif məbləğlərdə pul alıb. İstintaqla təqsirləndirilən şəxslərin A.S-ya qarşı zorakılıq tətbiq etmə hədəsi ilə digər cinsi xarakterli hərəkətlər etməsi də müəyyən edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prima maddəsinin birinci hissəsi, 138-ci maddənin 3-cü hissəsinin “a” yarımbəndinə və 181-ci maddənin 1-ci hissəsinə əsasən aparılır." - deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.