27 
Avq
2024
11:25
1397

Marneulidə üç nəfər saxlanıldı

Hüquq-mühafizə orqanları 3 nəfəri hədə-qorxu ilə külli miqdarda pul tələb etməkdə və özgənin əmlakına ziyan vurmaqda təqsirli bilərək həbs edib.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.

Nazirliyin məlumatına görə, müttəhimlər xaricdəki kriminal avtoritetlərə külli miqdarda pul mənimsəməkdə köməklik ediblər.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində külli miqdarda pul tələb etməyə köməklik göstərməkdə ,habelə başqalarının əmlakına ziyan vurmaq faktı üzrə 3 nəfəri yaxalayıb.

Həbs olunanlar: 1990-cı il təvəllüdlü N.B., 1993-cü il təvəllüdlü T.N. və 1998-ci il təvəllüdlü R.B-dır.

Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər xaricdəki kriminal avtoritetlərə külli miqdarda pul mənimsəməkdə köməklik ediblər.

Onların adından müxtəlif vaxtlarda vətəndaşları  öldürəcəkləri və əmlaklarını məhv edəcəkləri ilə hədələyərək külli miqdarda pul istəyiblər, rədd cavabı aldıqdan sonra vətəndaşları qorxutmağa və əmlaklarına ziyan vurmağa cəhd ediblər.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları N.B., T.N. və R.B. təqsirləndirilən şəxs qismində həbs edilib.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 25-181 və 187-ci maddələri ilə araşdırma aparılır”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın