21 
Avq
2024
10:26
269

Qonşusunu qətlə yetirən şəxs saxlanılıb

Samtredia ərazisində qonşu qadına soyuq silahla xəsarət yetirərək hadisə yerindən qaçan şəxs tutulub.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Daxili İşlər Nazirliyinin İmereti RPŞ əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qəsdən adam öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş G.M.-nı  həbs edib.

Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qonşu qadına - Samtrediyada 1952-ci il təvəllüdlü N.X-ya soyuq silahla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi isti izlərlə həbs ediblər.

"Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın