10 
Avq
2024
18:59
668

Qəsdən adam öldürmə faktı üzrə bir nəfər saxlanılıb

Quriya Polis Departamentinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1986-cı il təvəllüdlü D.T. qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il avqustun 8-də qarşılıqlı mübahisə zəminində 1958-ci il təvəllüdlü T.S.-yə fiziki xəsarət yetirilib. Aldığı xəsarət nəticəsində T.S hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxs isti izdə yaxalanıb”, - deyə qurumdan bildirilib.

Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir. Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın