25 
Apr
2024
19:05
585

Qardabanidə qətl törədilib

Qardabani bələdiyyəsinin Zemo Teleti kəndində qətl törədilib.

InterPress.ge-nin məlumatına görə, 36 yaşlı şəxs mübahisə zamanı həmkəndlisi tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanada dünyasını dəyişib.

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qəsdən adam öldürmə maddəsi ilə 1984-cü il təvəllüdlü D.A.-ni saxlayıblar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Qardabani bələdiyyəsinin Zemo Teleti kəndində həmkəndlisi, 1988-ci il təvəllüdlü D.K.-nın soyuq silahla bədəninə xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralı tibb müəssisəsində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları D.A.-ni şübhəli şəxs qismində tutublar.

Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın