
Həyat yoldaşını bıçaqlayaraq qətlə yetirən şəxs tutuldu
Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Z.B. ailə üzvünü qəsdə öldürmə ittihamı ilə saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs həyat yoldaşı - 1987-ci il təvəllüdlü İ.B.-ni Batumidə öz evlərində soyuq silahla yaralayaraq hadisə yerindən qaçıb. Yaralı qadın tibb müəssisəsinə gətirildikdən dərhal sonra dünyasını dəyişib.
Polis Z.B. -ni təqsirləndirilən şəxs qismində saxlayıb. Hüquq-mühafizə orqanları cinayət silahını - bıçağı sübut kimi götürüblər.
Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “K" yarımbəndi ilə istintaq aparılır ki, bu da ağırlaşdırıcı şəraitdə ailə üzvünü qəsdən öldürməyi nəzərdə tutur”, - məlumatda deyilir.