03 
Dek
2023
22:48
782

Tbilisidə adam öldürməyə cəhd edən və polis əməkdaşına hücum edən şəxs saxlanılıb

Polis Tbilisidə 1 nəfəri öldürməyə cəhd və polisə hücum etməkdə ittiham edərək saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin və Tbilisi Polis İdarəsinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü N.V. adam öldürməyə cəhd və vəzifəsini yerinə yetirərkən polis əməkdaşına hücum etməkdə ittiham olunaraq saxlanılıb.

Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisinin Ağmaşenebeli prospektində 1985-ci il təvəllüdlü T.A.-ya qarşılıqlı mübahisə zəminində soyuq silahla xəsarət yetirib.
Təqsirləndirilən N.V hadisə yerinə çağırılan patrul polisi əməkdaşına da bıçaqla xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya çatdırılıb, onlara müvafiq tibbi yardım göstərilib. Hadisəni törədən isti izlərlə saxlanılıb.
“Polis əməkdaşına xidməti vəzifələrini yerinə yetirərkən qəsdən adam öldürməyə cəhd və ona hücum etmə faktları ilə bağlı Cinayət Məcəlləsinin 19-108 və 353-cü maddələri ilə istintaq aparılır”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın