
Andlılar məhkəməsi əmisiqızını qətlə yetirən şəxsə ömürlük həbs cəzası təyin edib
Andlılar məhkəməsi müttəhimi cinsiyyətə görə qətl törətməkdə təqsirli bilib və məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib.
InterPress.ge xəbər verir ko, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Prokurorluğun məlumatına görə, prosesdə təqsirləndirilən şəxslə qətlə yetirilən qadının əmioğlu olduğu müəyyən edilib. Qətldən bir müddət əvvəl təqsirləndirilən şəxs zərərçəkənin mənzilinə köçüb və əmisiqızının həyatına, ailə üzvləri, dostu ilə münasibətlərinə nəzarət etmək qərarına gəlib. Kişi qadına fiziki təzyiq göstərib, cinsi fotolarını və videolar çəkib.
“Qətl baş verən gün, 2023-cü il aprelin 28-də təqsirləndirilən şəxs zərərçəkmişi bir neçə saat şiddətli döyüb, elektrik cərəyanı ilə işgəncə verib. Zərərçəkmiş yerindəcə keçinib.
Məhkəmə prosesində ittiham tərəfi inandırıcı sübutlar təqdim edib, onların məcmui təqsirləndirilən şəxsin cinayəti törətdiyini təsdiqləyib. Münsiflər heyəti təqsirləndirilən şəxsi ağırlaşdırıcı şəraitdə - cinsə əsaslanan və xüsusilə qəddarlıqla törədilən qətldə təqsirli bilib, məhkəmə ən yüksək cəzanı - ömürlük azadlıqdan məhrumetmə cəzasını təyin edib" - agentlik bildirib.