19 
Okt
2023
18:47
427

Tbilisi Şəhər məhkəməsi 12 yaşlı uşağın ölümü ilə bağlı sübutları pozmaqda təqsirləndirilən ekspertə 2500 lari girov tətbiq edib

Tbilisi Şəhər Məhkəməsi Didi Diğomidə ölən 12 yaşlı uşağın işində sübutları saxtalaşdırmaqda təqsirləndirilən ekspert Davit Qriqoliyaya 2500 lari girov tətbiq edib.

InterPress.ge xəbər verir ki, qərarı Tbilisi şəhər məhkəməsinin hakimi Tamar Mçedlişvili elan edib.

Bundan əlavə, məhkəmənin qərarı ilə  Levan Samxarauli Ekspertiza Bürosunun eksperti vəzifəsindən azad ediləcək.

İttiham tərəfi Davit Qriqoliya üçün 5000 lari girov və onun vəzifədən uzaqlaşdırılmasını tələb edib. Hakim ittiham tərəfinin vəsatətini qismən təmin edib.

İş üzrə məhkəmənin hazırlıq iclası dekabrın 11-i saat 11:00-da keçiriləcək.

“Rights of Georgia”nın vəkilləri və uşağın anası təqsirləndirilən ekspertin barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib. Ekspert Cinayət Məcəlləsinin 342-ci maddəsinin 1-ci hissəsi (vəzifə laqeydliyi) ilə ittiham olunub.

Xatırladırıq ki, Bu il martın 16-da Didi Diqomidə 12 yaşlı yeniyetmə Ana Yanuşaitite ölü tapılıb. İstintaq Cinayət Məcəlləsinin 109-cu, yəni ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə maddəsi ilə başlanıb. 2023-cü il iyulun 5-də “Rights Georgia” 12 yaşlı Anna Yanuşaititin ölümü ilə bağlı əsas dəlillərə dəyən zərər barədə ictimaiyyətə məlumat verib. Söhbət sübutlar kateqoriyasından gedir, hansı ki, onların müayinəsi qızın bədənində yad şəxsin DNT-sinin olması faktını və/və ya iş üçün vacib olan digər halları müəyyən edə bilər.

 

Bizimlə əlaqə saxlayın