Qoridə baş vermiş qətl hadisəsinin təfərrüatları məlum oldu
Qori bələdiyyəsində ata-oğul arasında baş verən qarşıdurma qətllə nəticələnib.
InterPress.ge xəbər verir ki, məlumata görə, 40 yaşlarında olan şəxs yerindəcə keçinib.
Qətlin təfərrüatlarına gəlincə, fikir ayrılığı səbəbindən ata ilə oğul arasında qarşıdurma yaranıb. Nəticədə ata balta ilə oğluna ölümcül xəsarətlər yetirib. Aldığı xəsarətlərdən oğul yerindəcə keçinib.
Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1956-cı il təvəllüdlü İ.A. O-nu qəsdən adam öldürmə maddəsi ilə saxlayıb.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Qori bələdiyyəsinin kəndlərindən birində oğluna - 1984-cü il təvəllüdlü K.A-ya balta ilə ölümcül xəsarətlər yetirib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxs “isti izlər”lə yaxalanıb.
Polis cinayət silahını sübut kimi götürüb.
Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir”. - məlumatda deyilir.