11 
Okt
2023
23:31
1340

14 yaşlı qızı qətlə yetirən şəxs: “ Həyat yoldaşımın azyaşlı olduğunu bilmirdim, anası mənə onun on səkkiz yaşı olduğunu demişdi”

“Təəssüf edirəm, amma qəsdən olmayıb, qəsdən adam öldürmə ittihamını qəbul etmirəm”

InterPress.ge xəbər verir ki, bu sözləri 14 yaşlı Aytac Şahmarovanı qəsdən öldürməkdə təqsirli bilinən  Alim Aslanov məhkəmə prosesində bildirib.

Onun sözlərinə görə, o, silahın pnevmatik olduğunu düşünüb.

“Sadəcə onu yaralayacağımı düşündüm və qanı görəndə qorxdum və qaçdım. Düşündüm ki, pnevmatikdir və yalnız səs verir. Mən heç silah gəzdirməyi də bilmirəm, heç vaxt silahım olmayıb”, - deyə təqsirləndirilən şəxs qeyd edib.

Həmçinin prosesdə təqsirləndirilən şəxs həyat yoldaşının azyaşlı olduğunu bilmədiyini iddia edib.

“Həyat yoldaşım azyaşlı deyildi , anası onun on səkkiz yaşı olduğunu demişdi ”- deyə Alim Aslanov bildirib.

Məlumat üçün bildirək ki, 27 yaşlı Alim Aslanov Gürcüstan Cinayət Məcəlləsinin 109-cu, 236-cı maddəsinin 4-cü hissəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər