14 yaşlı qızın qətlinə görə kim məhsuliyyət daşıyır?
Arvadını odlu silahla qətlə yetirən 27 yaşlı Əli Aslanov barəsində qiyabi ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
InterPress.ge xəbər verir ki, məlumata görə, polis hələ də 14 yaşlı qızın qatilini axtarır.
Lakin axtarışlar başqa istiqamətdə də davam edir. Yalnız qızın faciəli qətlindən sonra polis onun ailəsinin və məktəbinin rolu ilə maraqlanıb.
Məlum olub ki, 14 yaşlı yeniyetmə iki ay müddətində məktəbə gəlməyib, ancaq məktəb direktoru bu məsələ ilə maraqlanmayıb. Yeniyetmənin oğurlanması və zorla evləndirilməsindən sonra nə onun ailəsi, nə də məktəb aidiyyatı qurumlara müraciət etməyib.
Bu gün məktəb direktoru jurnalistlərin yeniyetmənin oğurlanması və evləndirilməsi faktını hansı səbəbdən gizlətdikləri və adiyyatı qurumlara xəbər verməməsi sualına cavab verməyib.
Həmçinin qətlə yetirilən yeniyetmənin əmisi bildirib ki, qızlarının qaçırılması faktına görə ailəsi polisə müraciət etməyib.