06 
Okt
2023
21:37
1227

14 yaşlı qızın qətli ilə bağlı təfərrüatlar məlum oldu


Saqarecoda əri tərəfindən qətlə yetilmiş azyaşlının ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

InterPress.ge xəbər verir ki, məlumata görə 14 yaşlı qızı  30 yaşlı əri Əli Aslanov odlu silahla qətlə yetirib.

Yerli sakinlərin sözlərinə görə, ər-arvad qohumlarının toyuna getməyə hazırlaşırdılar və qətl də həmin vaxt baş verib.

Qətlə yetirilən qız əslən Dmanisinin Məmişli kəndindən olub. O, 2 aydır evli olub, lakin o, yetkinlik yaşına çatmadığı üçün bu evliliyin əleyhinə olub və bütün bu müddət ərzində evdən qaçmağa cəhd göstərib.

14 yaşlı qız aldığı üç güllə yarasından yerindəcə keçinib, hadisəni törədən şəxs isə hadisə yerindən qaçaraq gizlənib. Hazırda o polis tərəfindən axtarılır.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 11-ci , 109-cu maddəsi ilə istintaq başlayıb.

Bizimlə əlaqə saxlayın