İki nəfəri bıçaqlayan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi şəhər Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü V.ş.- nı iki nəfəri ağırlaşdırıcı şəraitdə öldürməyə cəhd ittihamı ilə saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaq müəyyən edib ki, Tbilisidə başlayan fiziki qarşıdurma zamanı təqsirləndirilən şəxs iki nəfəri: 1980-ci il təvəllüdlü V.D.- nı və 1985-ci il təvəllüdlü S.D.-nı bıçaqlayıb.
Aldıqları xəsarətlər nəticəsində V.D. xəstəxanaya gətirildikdən qısa müddət sonra dünyasını dəyişib, S.D.-yə isə müvafiq tibbi yardım göstərilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində isti izdə V.ş. - nı təqsirləndirilən şəxs qismində saxlayıblar.
Polis cinayət silahını - sübut kimi bıçağı götürüb.
İki nəfərə qarşı ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhd faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin L bəndi ilə istintaq davam etdirilir", - deyə məlumatında qeyd olunub.