01 
Sen
2023
07:31
1299

Ukraynada polis gürcüstanlı kriminal avtoriteti öldürüb

Dnepr şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları 38 yaşlı Cumber Silaqavanı öldürüblər.

InterPress.ge xəbər verir ki, patrul polisinin ekipajı onun avtomobilini yol hərəkəti qaydalarını pozduğu üçün saxlayıb.

Ukraynalı araşdırmaçı jurnalistlərin məlumatına görə, Silaqava avtomobildə keçmiş həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə olub. Polislə şifahi mübahisə fiziki qarşıdurmaya çevrilib və həmin vaxt Silaqava qadın polisi döyüb.

Polis əvvəlcə bibər qazından istifadə edib, daha sonra asayiş keşikçilərindən biri adamın kürəyinə üç dəfə atəş açıb, o, yerindəcə ölüb.

Ukraynalı jurnalistlər yazır ki, öldürülən şəxs Dneprdə kriminal avtoritet sayılırdı.

Ukrayna dövlət qurumu hadisə ilə bağlı araşdırma aparır.

Baş Prokurorluğun məlumatına görə, polis əməkdaşı artıq saxlanılıb.

Bizimlə əlaqə saxlayın