KİV: “Vaqner” Voronejdə bütün hərbi obyektləri ələ keçirdi
“Vaqner” özəl hərbi şirkəti Voronejdə bütün hərbi obyektlərə nəzarəti ələ keçirib.
InterPress.ge xəbər verir ki, bu barədə “Reuters” Rusiya xüsusi xidmət orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.
Həmçinin Dobasdakı separatçıların rəhbəri İqor Girkin (Strelkov) da eyni məzmunlu məlumat verib.
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin nəzarətində olan “Telegram” kanalında isə bildirilib ki, ÖHŞ-nin hərbi kolonu Voroneji döyüşsüz ələ keçirib.
“Voronejdəki hərbi obyektlər “Vaqner” ÖHŞ-nin nəzarətindədir, ordu xalqın tərəfinə keçir”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Rusiya Federasiyasının nizami qoşunlarının hücumuna məruz qaldıqlarını iddia edib və “növbəti addım bizimkidir”, - deyə hədələyib.
Bundan sonra ÖHŞ-nin qoşunları Rostovu ələ keçirib, sonra Voronej vilayətinə daxil olublar. Zirehli texnika artıq Moskvaya doğru irəliləyir.