24 
Iyn
2023
11:30
347

Putin: “Rusiya daxilində qiyama hazırlıq görülür”

“Rusiya daxilində qiyama hazırlıq görülür”.

InterPress.ge xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Onun sözlərinə görə, ordu komandirləri ilə gecə əlaqə saxlayıb.

“Bizi zəiflədə bilən hər şeyə qarşı mübarizə aparmalıyıq. Qiyamçılar Rusiyanı məğlubiyyətə aparmaq istəyirlər”, - dövlət başçısı söyləyib.

O bildirib ki, üsyançılara qarşı sərt tədbirlər görülür: "Bu qiyam ölkəmizə və xalqımıza arxadan vurulan zərbədir".

V. Putinin sözlərinə görə, Rusiya bu xəyanətə sərt cavab verəcək: “Qiyamçılar cəzaya məruz qalacaqlar. Bu, qaçılmazdır”.

Dövlət başçısı ölkəni müdafiə etmək üçün hər şeyi edəcəyinə söz verib.

V.Putin söyləyib ki, Rusiya bütün çətinliklərə qalib gələcək və daha da güclənəcək.

Bizimlə əlaqə saxlayın