13 
Iyn
2023
09:19
899

Qonşu qonşusunu ov tüfəngindən açdığı atəş nəticəsində öldürüb

Lilo qəsəbəsində qonşusu qonşusunu öldürüb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonşu qonşusunu ov tüfəngindən açdığı atəş nəticəsində ölümcül yaralayıb.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü S.Q. qəsdən adam öldürmə maddəsi ilə saxlanılıb.

Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs cari il iyunun 12-də Tbilisidə, Lilo qəsəbəsində ov tüfəngindən açdığı atəşlə qonşusu - A.Ğ.-nı ölümcül yaralayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən sonra tezliklə təqsirləndirilən şəxsi tutublar.

Cinayətin silahı - ov tüfəngi maddi sübut kimi götürülüb.

Qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır”, - deyə DİN bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər