09 
Iyn
2023
20:13
611

Xaşuridə baş verən cinayəti ört - basdır etməkdə ittiham olunan şəxs yaxalanıb cinayəti

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində 1976-cı il təvəllüdlü A.N. ağır və xüsusilə ağır cinayət barədə xəbər verməməkdə ittiham edilərək həbs edilib.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaqla müəyyən edilib ki, A.N. -nin tanışı, 1970-ci il təvəllüdlü İ.K.  bu il aprelin 24-də Xaşuri bələdiyyəsinin Al kəndində qarşılıqlı mübahisə zəminində 1970-ci il təvəllüdlü C.N-ya avtomat silahdan açılan atəşlə ölümcül yaralayıb. A.N. hadisə yerində olub lakin o, cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları, 1970-ci il təvəllüdlü İ.K.-ya qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə ittihamları irəli sürülüb, A.N. isə cinayəti xəbər vermədiyi üçün həbs edilib.

 Qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silah əldə etmə-saxlama, habelə ağır və xüsusilə ağır cinayətlər barədə məlumat verməmə faktları üzrə Cinayət Məcəlləsinin 108, 236 və 376-cı maddələri ilə istintaq aparılır", - məlumatda qeyd olunur. 

Bizimlə əlaqə saxlayın