09 
Iyn
2023
18:30
847

Prokurorluq Marneulidə evlənmək məqsədilə qız qaçıran 3 nəfərə qarşı ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu Marneulidə yetkinlik yaşına çatmayan qızı qaçıran  3 nəfərə qarşı ittiham irəli sürüb.  

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı prokurorluğun mətbuat xidməti yayıb.

“Gürcüstan Prokurorluğu Marneulidə qrup halında törədilmiş yetkinlik yaşına çatmayanın qaçırılması faktına görə üç nəfərə qarşı ittiham irəli sürüb.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, 2023-cü il iyunun 7-də Marneuli şəhərində təqsirləndirilən şəxslərdən biri qrup halında iki dostunun köməyi ilə azyaşlını qanunsuz olaraq azadlıqdan məhrum edib.

Hər üç şəxsə, o cümlədən biri qiyabi olaraq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “A” və “D” bəndləri (qanunsuz azadlıqdan məhrum etmə, qabaqcadan razılaşdırılmış qrup tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.  Cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edir”, - deyə prokurorluğun yaydığı məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın