02 
Iyn
2023
07:01
795

Erməni Gənclər Federasiyası Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanıdğı üçün xain elan edib

Erməni Gənclər Federasiyası-Erməni İnqilab Federasiyasının Gənclər Təşkilatının (AYF-YOARF) Şərq Regionu Paşinyanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini (Arçax) Azərbaycanın bir hissəsi kimi tanımasını pisləyir.

InterPress.ge xəbər verir ki, bu barədə Erməni Gənclər Federasiyası – Erməni İnqilabi Federasiyasının Gənclər Təşkilatı bəyanat yayır. 

Bəyanatda AYF-YOARF-un Şərq Regionu Ermənistan hökumətinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini (Arçax) Azərbaycan ərazisi kimi tanımasını qətiyyətlə pisləyir və Paşinyan rejimini istənilən vasitə ilə aradan qaldırmağa çağırır.

Bəyanatı olduğu kimi təqdim edirik:

"Paşinyan və onun satqın kadrları pantürkizmə, faşist Türkiyə və Azərbaycan dövlətlərinin məqsədlərinə xidmət edərək erməni xalqına qarşı ən son və ən qiymətli xəyanətlərini ediblər. Ermənistan hökuməti Azərbaycanın qondarma “ərazi bütövlüyünü” tanımaq və xüsusi olaraq bütün Artsaxı (qeyd: keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) Azərbaycanın bir hissəsi hesab etməyi seçərək, 120.000 Artsax ermənisini işğala və qovulmağa məhkum edib.  

Paşinyanın razılaşmasına əsasən, biz 2020-ci ildə Şuşi, (qeyd: Şuşa) Hadrut və digər şəhərlərin təslim olması, eləcə də 2022-ci ildə Berdzor (qeyd: Laçın) və Ağavnonun (qeyd: Zabux) verilməsi kimi halların yenidən şahidi olacağıq: xalqımızın kütləvi surətdə qovulması, evlərini tərk etmiş çoxsaylı uşaqlar, xalqımıza qarşı törədilən insanlıq cinayətləri və s. Berdzor (qeyd: Laçın), Ağavno (qeyd: Zabux), Karvaçar (qeyd: Kəlbəcər), Dadivank (qeyd: Xudavəng), Sus və digər saysız-hesabsız kənd və şəhərlər Azərbaycan tərəfindən tutulmadı, Paşinyanın qələminin imzası ilə təhvil verildi. İndi o, eyni şeyi bütün Artsax (qeyd: keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) üçün etmək niyyətindədir.

Türk-azəri agenti Nikol Paşinyan Artsax (qeyd: keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) xalqının taleyini öz nəzarəti altına alaraq soyqırımçı manyak və ermənifob Əliyevin xoş niyyətinə arxalanmağa ümid edir. Bununla belə, ötən il Cermukda erməni xalqının başına gətirilən dəhşətlər, 2020-ci ildə azərbaycanlıların hərbi cinayətləri, Naxçıvan ermənilərinin etnik təmizləməsi, Kirovabad (qeyd: Gəncə), Sumqayıt və Bakıda törədilən qırğınlar-bu hadisələr Azərbaycan dövlətinin yalnız kütləvi şəkildə erməni xalqının qırılması və qovulmasınında maraqlı olduğunu ortaya qoyur – əgər Paşınyan razılıq verərsə, bu, Artsaxın (qeyd: keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) qalan hissəsini də əhatə edəcək.

AYF-YOARF (Erməni Gənclər Federasiyası-Erməni İnqilab Federasiyasının Gənclər Təşkilatı) Şərq regionunun və dünyanın erməni gənclərini Paşinyan hökumətini devirmək və Artsaxın (qeyd: keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) işğalına müqavimət göstərmək üçün bütün səyləri və bütün mübarizə yollarını göstərməyə hazır olmağa çağırır. 

Biz əsas təşkilatımız olan Erməni İnqilabi Federasiyasının (ARF) bəyanatlarını və mövqeyini təkrarlayırıq və bütün erməniləri Ermənistan hökumətinin xalqımıza xəyanətinə qarşı çıxmaq üçün birləşməyə çağırırıq. Məğlub Paşinyan hökumətinin anti-erməni ambisiyalarına zidd olaraq, erməni davasına və erməni xalqının ədalətli hüquqlarına sadiq olan AYF-YOARF və ARF təkcə Artsaxı (qeyd: keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) deyil, Naxçıvanı, Cavaxetiya və Qərbi Ermənistanı da Ermənistan Respublikasına birləşdirməyə çalışır. 

Beləliklə, biz aşağıdakı tələbləri irəli sürürük:

Xain Nikol Paşinyan və onun əlaltıları Ararat Mirzoyan və Alen Simonyanın dərhal istefası.

Hakim Mülki Müqavilə Partiyasının üzvləri ya dərhal deputat mandatlarını tərk etsinlər, ya da etimadsızlıq səsverməsi ilə Paşinyanın vəzifədən uzaqlaşdırılması üçün addımlar atsınlar.

Artsax (qeyd: keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) erməni xalqının torpağıdır, olub və olacaq. Artsax heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Baş nazir Nikol Paşinyan faşist Azərbaycan ilə xəyanətkar və barışdırıcı danışıqları dayandırmaqla bunu etiraf etməkdən imtina edərsə, o, istənilən vasitə ilə uzaqlaşdırılmalıdır.

İnqilabi əhval-ruhiyyə ilə, Erməni Gənclər Federasiyası – Erməni İnqilabi Federasiyasının Gənclər Təşkilatı", - bəyanatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər

Qoşqu magistral yolda aşıb
20.07.2024 20:01
136