
Narkotik cinayətlərinə görə 20-dən çox şəxs tutulub
Narkotik cinayətləri törətdiklərinə görə 20-dən çox adam, o cümlədən narkotik alverçiləri saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Teymuraz Kupatadze məlumat verib.
Teymuraz Kupatadzenin sözlərinə görə, polis tərəfindən müxtəlif növ narkotiklər götürülüb.
“Bütün ölkədə, o cümlədən Poniçala qəsəbəsində əməliyyat keçirilir. Hazırkı mərhələdə məhkəmə qərarı əsasında 20-dən çox narkotik alverçisi, o cümlədən Poniçalada 6 narkotik alverçisi saxlanılıb. Müxtəlif böyük şəhərlərdə istintaq tədbirləri davam etdirilir.
Günün sonuna kimi saxlanılanların sayı artacaq. Müxtəlif növ külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələr götürülüb. Bu narkotik alverçiləri ilə bağlı iş bir müddətdir ki, davam edir, əvvəlcədən bir sıra alış-verişlər edilib, onlar video və audiofayllarda yazılıb”, - Teymuraz Kupatadze bildirib.