
Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son iki gün ərzində 18 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da ölkədə virusa yoluxanların sayı 1028 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son iki gün ərzində 14 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 899-a çatıb.
Qeyd olunub ki, koronavirus səbəbi ilə 5627 nəfər karantində saxlanılır, 228 nəfər isə stasionar şəraitdə müalicə olunur.
Qeyd edək ki, koronavirus səbəbi ilə 15 nəfər vəfat edib.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.