28 
Yan
2023
14:06
1277

Nənəsini sifarişlə öldürməyə cəhd göstərən şəxs saxlanılıb

Gürcüstan Prokurorluğu bir nəfərə qarşı ailə üzvünə qarşı qəsdən adam öldürmə faktı üzrə ittiham aktı açıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, prokurorluğun vəsatəti əsasında təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

“Daxili İşlər Nazirliyində aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs anqarlar əsasında 150 min ABŞ dolları müqabilində öz nənəsini öldürmək üçün müvafiq şəxs axtarıb. Təqsirləndirilən şəxs potensial qatilə qurbanın adını, yaşını bildirib və onu nənəsinin yaşadığı ünvana gətirib, sonra ona vəd etdiyi məbləğin bir hissəsini və qurbanın fotosunu verib.

Cinayəti törədən şəxs 16 ildən 20 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan Gürcüstan Cinayət Məcəlləsinin 18,109-cu maddəsi (ailə üzvünə qarşı əlbir olmaqla və sifarişlə qətlin hazırlanması)  ilə ittiham edilib “- məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın