25 
Dek
2022
10:47
625

Tbilisidə xarici ölkə vətəndaşı iki nəfəri öldürüb

Polis xarici ölkə vətəndaşı, 1987-ci il təvəllüdlü H.M. -ni Tbilisidə ağırlaşdırıcı şəraitdə iki nəfəri qəsdən öldürməkdə ittiham edərək saxlayıb.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, istintaq müəyyən edib ki, bu il dekabrın 19-da Tbilisi şəhərində maliyyə mübahisəsi zəminində o, soyuq silah və küt əşyalardan istifadə etməklə 1986-cı il təvəllüdlü D.B. və 1981-ci il təvəllüdlü Ç.K.-yə ölümcül xəsarətlər yetirib.

“H.M. izləri gizlətmək üçün ölən şəxslərin meyitlərini hadisə yerinin yaxınlığında basdıraraq gizlənib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində tezliklə cinayəti törədən şəxsin kimliyini müəyyən edərək, Tbilisidə saxlayıblar. İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “L” bəndi ilə ağırlaşdırıcı şəraitdə iki şəxsi qəsdən öldürmə maddəsi ilə aparılır.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın