24 
Dek
2022
15:29
467

Prokurorluq 29 yaşlı gəncin qətli ilə bağlı bir nəfəri ittiham edib

Gürcüstan Prokurorluğu bir nəfəri qəsdən adam öldürmə maddəsi ilə ittiham edib.

InterPress.ge xəbər verir ki, məlumata görə, hadisə Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib .

Müəyyən edilib ki,  dekabrın 22-də Tbilisi şəhərinin Petritsi küçəsində yerləşən yaşayış evində təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində zərərçəkmişin bədəninin müxtəlif nahiyələrindən bıçaqla xəsarət yetirib. Aldıqları xəsarətlər nəticəsində zərərçəkən yerindəcə keçinib.

Təqsirləndirilən şəxs elə həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbsi nəzərdə tutan 108-ci maddəsi ilə ittiham olunub. Prokurorluq qanunla müəyyən edilmiş müddətdə həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir.

Xatırladaq ki, hadisə dekabrın 22-də günorta saat üç radələrində Petritsi küçəsinin girişində baş verib.

İlkin ehtimala görə, gənc mübahisə zəminində qonşusu tərəfindən öldürülüb.

Öldürülən şəxsin yaxınlarının verdiyi məlumata görə, 29 yaşlı Qiorgi Tsotsoria Portuqaliyada yaşayıb və o, təxminən 1 ay əvvəl vətənə qayıdıb. Qonşuların dediyinə görə, onun səhhətində problemlər olub.

Kurierin məlumatına görə, zərərçəkmişə qonşusu dəhlizdə bıçaq zərbələri endirib, bundan sonra o, yaralı halda birinci mərtəbəyə enə bilib və kömək istəyib. Hadisə şahidləri təcili yardım çağırıblar.

Hadisə yerində hələ də ekspert kriminoloqlar araşdırmalar aparır.

Bizimlə əlaqə saxlayın