23 
Dek
2022
12:09
361

Didi Diğomidə baş vermiş qətllə bağlı 1 nəfər saxlanıldı

1989-cu il təvəllüdlü D.A.Tbilisidə qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılıb.

“İstintaq müəyyən edib ki, bu il dekabrın 22-də Tbilisi şəhərində təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində tanışı - 1991-ci il təvəllüdlü Q.T.-yə soyuq silahla bir neçə xəsarət yetirib və hadisə yerindən qaçıb.Aldığı xəsarətlər nəticəsində G.C. yerindəcə dünyasını dəyişib"- məlumatda bildirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri istintaq tədbirləri nəticəsində cinayətdə təqsirləndirilən D.A.  hadisədən bir neçə saat sonra saxlayıb. Cinayət aləti maddi sübut kimi götürülüb.

"İstintaq Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi aparılır" - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın