07 
Dek
2022
12:13
428

Qurcaani rayonunda qətl hadisəsi baş verib

Kardenaxda qətl hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsi Kardenax kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilib. 

Məlumata görə, saxlanılan şəxs 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“2022-ci il martın 9-da Qurcaani rayonunun Kardenax kəndində təqsirləndirilən şəxslə əlbir olan şəxslərin zərərçəkmiş şəxslə şifahi və fiziki qarşıdurması olub, bundan sonra təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin avtomobilini onu qətlə yetirmək məqsədi ilə  qəsdən vurması faktı sübutlarla təsdiq edilib. Baş vermiş hadisə zaman yaxınlıqdakı başqa  şəxslərin də həyat və sağlamlığını təhlükəyə atıb ” - deyə qurumun açıqlamasında bildirilir.

35 yaşlarında olan  zərərçəkmiş Qurcaani klinikasında dünyasını dəyişib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər