04 
Dek
2022
13:50
940

Meşədə həmkəndlisini qətlə yetirən şəxs saxlanılıb

Ambrolauri meşəsində həmkəndlisini qətlə yetirən şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumata əsasən, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Ambrolauri bələdiyyəsi ərazisində yerləşən meşə massivində 1960-cı il təvəllüdlü haəmkəndlisinə qarşılıqlı münaqişə zəminində soyuq silahla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib və meyiti məşədə gizlədib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları  tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar Raçanın Çrebalo kəndində saxlanılıb.

Qəsdən adam öldürmə fakt ilə Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq işi başlanlıb.

“Cinayətkarı 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir “- deyə bildirilib.

 

Bizimlə əlaqə saxlayın