30 
Nybr
2022
11:26
404

Qohumunu öldürən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Tbilisi Şəhər Məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları tam qəbul edib.

InterPress.ge xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsi ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmədə təqsirli bilib.

Məlumata görə, araşdırmalar sübut edib ki, 2022-ci il martın 16-da Tbilisinin Qldani rayonunda təqsirləndirilən şəxs öz mənzilində  qohumunu boyun nahiyəsindən bıçaqlayıb. Aldığı xəsarətlər nəticəsində zərərçəkən yerindəcə ölüb. Təqsirləndirilən şəxs izlərini gizlətmək üçün meyitin üzərinə benzin tökərək yandırıb, ona məxsus televizoru da alaraq hadisə yerindən qaçıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 109-cu  maddəsi ilə ittiham olunub. 

Tbilisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi ittiham üzrə tam təqsirli bilib və 18 il müddətinə azadlıqdan məhrum edib.
 

Bizimlə əlaqə saxlayın