13 
Okt
2022
09:27
1749

Ermənistan TŞ-nin katibi: "İlin sonunadək Azərbaycanla sülh sazişi imzalanacaq"

Bakı və İrəvan sülh sazişinin bağlanması və sərhədin delimitasiyası şərtlərini razılaşdırıblar.

InterPress.ge Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan danışıb.

“Biz sülh sazişinin bağlanması şərtlərini müzakirə etdik, yəni ilin sonuna kimi razılaşmamız olacaq. Delimitasiya məsələsində də razılıq əldə olunub ki, delimitasiya ilin sonuna qədər baş tutsun”, - o qeyd edib.

Qeyd olunub ki, bu barədə razılıq sentyabrın sonunda Ermənistan Təhlükəsizlik Şurasının katibi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Vaşinqtonda keçirilən görüşündə əldə olunub.

Bizimlə əlaqə saxlayın