20 
Sen
2022
16:33
161

Avropa İttifaqı Şurası Ukraynaya 5 milyard avro əlavə yardımın ayrılmasını təsdiqləyib

Bu gün Avropa İttifaqı Şurası rəsmi olaraq Ukraynaya 5 milyard avro məbləğində əlavə makromaliyyə yardımının ayrılması ilə bağlı qərar qəbul edib.

lnterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının press-relizində qeyd olunub.

“Aİ Ukraynanın yanındadır. Biz vədlərimizə əməl edirik və Rusiyanın təcavüzkar müharibəsinə baxmayaraq, Ukrayna dövlətinin və onun əsas infrastrukturunun fəaliyyətini davam etdirməsinə kömək edirik. İqtisadi və Maliyyə Məsələləri Şurasının növbəti iclaslarında mən qalan 3 milyard avronun ayrılması ilə bağlı tezliklə razılığa gəlmək təşəbbüsü ilə çıxış edəcəyəm", - deyə Avropa İttifaqının sədri, Çexiyanın maliyyə naziri Zbinek Staniura bildirib.

Avropa İttifaqı Şurası izah edir ki, sözügedən 5 milyard avroluq makromaliyyə yardımı Ukraynaya güzəştli uzunmüddətli kreditlər şəklində veriləcək. Bu, Avropa Komissiyasının may ayında elan etdiyi və 23-24 iyun tarixlərində Avropa Şurası tərəfindən təsdiqlənən 9 milyard avroluq yardım paketinin bir hissəsidir.

Qeyd edək ki, sözügedən maliyyə yardımı humanitar, iqtisadi inkişaf, gömrük və müdafiə sahələrində bölüşdürüləcək.

Bizimlə əlaqə saxlayın