01 
Sen
2022
10:05
3570

Gürcüstan tarixində ilk dəfə Tbilisi basketbol üzrə Avropa çempionatına ev sahibliyi edir

Gürcüstan tarixində ilk dəfə Tbilisi üç Avropa şəhəri ilə birlikdə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edir.  

InterPress.ge xəbər verir ki, “EuroBasket 2022” bu gün rəsmən start götürəcək.

İspaniya, Türkiyə, Belçika, Bolqarıstan, Monteneqro və Gürcüstan millilərinin iştirak etdiyi A qrupunun oyunları “Tbilisi Arena”da keçiriləcək. Gürcüstan millisi bu gün ilk oyununu Belçika millisi ilə keçirəcək.  Qarşılaşma Tbilisi vaxtı ilə saat 21:00-da başlayacaq.

EuroBasket-in başlamasına 1 gün qalmış Riğe Parkda xüsusi proqramla açılış mərasimi keçirilib. Sentyabrın 7-dək azarkeşlərin oyunu böyük ekranda izləyə biləcəkləri azarkeş zonaları təşkil edilib.

Böyük basketbol bayramının əhval-ruhiyyəsi üçün hava şarı buraxılıb, Tbilisi qülləsi və Sülh körpüsü EuroBasket rənglərində işıqlandırılıb. Xüsusi proqram möhtəşəm atəşfəşanlıqla başa çatıb.

 

Bizimlə əlaqə saxlayın