26 
Avq
2022
00:11
5935

Türkiyədə Gürcüstan vətəndaşı iki nəfəri öldürdü, daha sonra sərhəddə intihar etdi

Türkiyədə Gürcüstan vətəndaşı iki nəfəri öldürüb, bundan sonra intihar edib. 

InterPress.ge xəbər verir ki, “Batumelebi” nəşri Türkiyə mətbuatına istinadən məlumat yayıb və yazır ki, həmin şəxs Sarp sərhəddini keçməyə hazırlaşarkən polis onu saxlamağa çalışıb və o, intihar edib.

Kamalpaşada işləyən türkiyəli jurnalist "Batumelebi"yə açıqlamasında "Qadın və kişini öldürdüyü silahla özünü öldürdü" deyib.  Onun sözlərinə görə, öldürülənlərdən ikisi də Gürcüstan vətəndaşıdır.

“Mövcud məlumata görə, indiyədək şəxsiyyəti müəyyən edilməmiş Gürcüstan vətəndaşı daha iki nəfərlə birlikdə yaşadığı evdə naməlum səbəbdən odlu silahdan atəş açaraq iki vətəndaşı qətlə yetirib.  Öldürülənlərdən biri qadındır”, - Türkiyə mətbuatı yazıb.

Nəşrin məlumatına görə, qətldə təqsirləndirilən şəxs taksi ilə Sarp sərhəd-keçid məntəqəsinə gəlib.

Türkiyə polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Bizimlə əlaqə saxlayın